“Azərbaycanla matçdakı qol imkanları ilə 2-3 oyunu udmaq olardı”
15.11.2012 - 10:17
“Azərbaycanla matçdakı qol imkanları ilə 2-3 oyunu udmaq olardı”
“Azərbaycanla oyunda 3 xala layiq idik. Bu qədər qol imkanlarımız oldu. Azərbaycanla matçdakı qol imkanları ilə 2-3 oyunu udmaq olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya milli komandasının futbolçusu Stiven Devis deyib.

Komandasının kapitanı DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla Belfastdakı oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Topa daha çox biz nəzarət edirdik. Amma heç cür qol vura bilmirdik. Bunu yalnız elə vaxtda bacardıq ki, artıq qələbə topunu vurmağa zaman qalmamışdı. İnanmıram ki, yığmada oynadığım vaxt bu qədər qol imkanı yaratdığımız matç olmayıb. Belə oyunla qələbə qazanmağa layiq idik. Qalib gəlsəydik, seçmə mərhələdə uğurlu nəticə qazanmaq şanslarımız daha çox olacaqdı. Lakin xal itirməklə ciddi zərbə aldıq. Amma əlimizdən nə gəlir ki? Yolumuza davam edəcəyik”.