Kelhar 90 dəqiqə oynadı, amma...
15.11.2012 - 11:56
“Qəbələ”nin futbolçusu Deyan Kelhar yoldaşlıq oyununda forma geyinib. Apasport.az saytının xəbərinə görə, 28 yaşlı sloveniyalı müdafiəçi yığmasında 4-cü görüşünü Skopyedə Makedoniyaya qarşı keçirib.
Ucaboy futbolçu ilk dəqiqələrdən start heyətində yer alıb. O, “Qəbələ”də olduğu kimi, mərkəz müdafiəçisi qismində oynayıb. Ancaq onun 90 dəqiqə meydanda olduğu görüş komandasının məğlubiyyətinə səbəb olub – 2:3.
Yenilgidə onun səhvi də az rol oynamayıb. “Levski” ilə “Bakı”ya, Kiryat-Şmona “Hapoel”i ilə “Neftçi”yə qarşı forma geymiş olan Darko Tasevski, belə desək, hesabı məhz Kelharın kobud səhvindən sonra açıb.

0
0