Rauf Əliyev Qurban Qurbanova çatır
15.11.2012 - 12:40
Azərbaycan millisinin futbolçusu Rauf Əliyev yığmanın bombardirləri siyahısında irəliləyib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşündə hesabı açan Əliyev millidə 5-ci topunu vurdu.
Bununla Nazim Süleymanov, Fərrux İsmayılov, Vidadi Rzayev və Vyaçeslav Lıçkinə çatan Əliyev yığma tarixində 6-cı pilləyə yüksəlməyi bacarıb. “Qarabağ”ın hücumçusu klubundakı baş məşqçisi Qurban Qurbanovun rekordundan hələ çox uzaqdadır. Millinin rekorduna çatmaq üçün ona hələ 9 top lazımdır.
Lakin Əliyev qollarının yarıdan çoxunu seçmə mərhələlərdə vurub. 3-cü qolu onu seçmə oyunların üçüncü bombardir edib. Yalnız baş məşqçisindən və komanda yoldaşı Vaqif Cavadovdan geri qalan Raufu rekorddan cəmi 2 qol ayırır.
Millinin ən yaxşı bombardirləri
Seçmə mərhələlərin bombardirləri

1. Qurban Qurbanov | 14 |
2-4. Branimir Subaşiç | 7 |
Elvin Məmmədov | 7 |
Vaqif Cavadov | 7 |
5. Zaur Tağızadə | 6 |
6-10. Fərrux İsmayilov | 5 |
Nazim Süleymanov | 5 |
Rauf Əliyev | 5 |
Vidadi Rzayev | 5 |
Vyaçeslav Lıçkin | 5 |
Seçmə mərhələlərin bombardirləri
1. Qurban Qurbanov | 5 |
2. Vaqif Cavadov | 4 |
3-6. Fərrux İsmayilov | 3 |
Nazim Süleymanov | 3 |
Rauf Əliyev | 3 |
Vüqar Nadirov | 3 |
0
0