Popxadze ərəblərə qarşı oynamadı
15.11.2012 - 12:54
Popxadze ərəblərə qarşı oynamadı
“Bakı”nın müdafiəçisi Georgi Popxadze ehtiyatda qalıb. Apasport.az saytının xəbərinə görə, 26 yaşlı futbolçu Gürcüstanın Misirlə keçirdiyi yoldaşlıq oyununda meydana çıxmaq şansı əldə etməyib. Temuri Ketsbaya cinah müdafiəçisini sonacan ehtiyatda saxlayıb.

Qeyd edək ki, Gürcüstan – Misir qarşılaşması qolsuz bərabərliklə başa çatıb.