“Kəpəz”də istirahət bitdi
15.11.2012 - 14:14
Bir günlük istirahətdən sonra “Kəpəz” bu gün məşqləri bərpa edəcək. Apasport.az saytının xəbərinə görə, komandanın qarşıdakı günlər üçün əsas hazırlığı noyabrın 19-da səfərdə qarşılaşacağı “Qəbələ” ilə oyunla bağlı olacaq. Mahmud Qurbanovun yetirmələri gündə bir dəfə məşqə çıxacaq. Hazırlıq prosesi Gəncə şəhər stadionunun əsas meydançasında keçiriləcək.
0
0