Arif Əsədovun ilk siyahısı
15.11.2012 - 18:28
Arif Əsədovun ilk siyahısı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq seçimlər noyabrın 19-dan 21-ə qədər davam edəcək. Yeni təyin olunan baş məşqçi Arif Əsədov açıqladığı ilk siyahıya 24 oyunçu daxil edib: Eyyub Əliyev ("Simurq"), Polad Mirzazadə, Elmin Əsgərli (hər ikisi "Lokomotiv"), Tərlan Qasımzadə, Kamran Abdullazadə (hər ikisi "Xəzər Lənkəran"), Alış Abdullayev, Nicat Əsgərov, Valeh Seyidov, Namiq Ələsgərov (hamısı "Bakı"), Sadiq Quliyev, Elvin Camalov, Şirməmməd Məmmədov (hamısı "Qəbələ"), Adil Nağıyev, Coşqun Diniyev, Qurbanəli Əliyev, Fərhad Budaqov (hamısı “İnter”), Nurlan Əhmədov, Ramin Şirinov (hər ikisi "Qarabağ"), Kənan Manaflı, Fəhmin Muradbəyli (hər ikisi “Neftçi”), Şamil Cəmaləddinov, Orxan Əliyev, Ruslan Nəsirli (hamısı "Sumqayıt"), Budaq Nəsirov ("Turan").

Mənbə: affa.az