15-ci kapitan
15.11.2012 - 18:48
15-ci kapitan
“Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov karyerasında ilk dəfə Azərbaycan milli komandasının seçmə mərhələ oyununa kapitan kimi çıxıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün Şimali İrlandiya ilə seçmə oyununda ilkə imza atıb.

Bunadək yalnız yoldaşlıq oyununda kapitan sarğısı daşıyan Abışov millinin tarixinə 15-ci futbolçu kimi düşüb. Belə ki, əvvəlki 91 seçmə oyununda 14 kapitan millini arxasınca aparmışdı: Rəşad Sadıqov 25, Tərlan Əhmədov 21, Nazim Süleymanov 13, Aslan Kərimov 9, Qurban Qurbanov 5, Şahin Diniyev 4, Samir Abasov 3, Mahir Şükürov, Mehman Yunusov, Yunis Hüseynov, Rasim Abışov hərəsi 2, Ceyhun Sultanov, Emin Ağayev, Bəxtiyar Musayev hərəsi 1 dəfə.