S10 oyun, 10 qol
16.11.2012 - 00:01
S10 oyun, 10 qol
Azərbaycan yığması 2012-ci ildə son oyununu keçirdi. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya ilə Belfastda heç-heçə edən milli ili 10-cu matçı ilə tamamlayıb. Komandamız son 2 ildə də məhz 10 görüşdə meydana çıxmışdı.

Yığmamız il ərzində 2 qələbə qazanıb, 4 heç-heçə edib və 4 dəfə məğlub olub. Foqtsun rəhbərliyi dövründə 4-cü dəfə ili 2 qələbə ilə tamamlayan yığmamız yalnız 2010-cu ildə bu ənənəni yaxşı mənada pozaraq, 3 dəfə qalib gəlmişdi. 2008-ci ildəki kimi, yenə 4 heç-heçə etməklə millimiz ilin 10 oyununda 10 xal toplayıb. Bu isə yığmanın 2012-ci ildə 33 faizlik nəticə göstərdiyini əks etdirir. 4 dəfə daha yaxşı nəticəyə imza atan millimiz 3-cü dəfə indiki rəqəmlə kifayətlənir. Digər illərdə isə nəticə daha pis olub.

Millimiz 10 oyunda 10 qol vurub. Sonuncu dəfə 2007-ci ildə daha çox – 11 qol vuran komanda Berti Foqtsun baş məşqçiliyi vaxtında ilk dəfə orta məhsuldarlıqda birə çatdı. Komandamız 2003 və 2004-cü illərdə də hər oyuna 1 qol vurmuşdu. Az oyunda məhsuldarlığın yüksək olduğu 1992 və 1993-cü illər istisna olmaqla, yığmamızda heç vaxt orta məhsuldarlıq 1-dən yüksək olmayıb. Bir sözlə, milli son 18 ilin rekordunu təkrarlayıb.

10 oyunda yığmamız 12 top buraxıb. Orta hesabla hər matçda 1,2 qola üzülən milli tarixinin 2-ci ən yaxşı nəticəsini göstərib. 1998-ci ildə də müdafiədə eyni oyun göstərən komandamız yalnız 2008-ci ildə daha etibarlı olub – hər oyuna 0,82 qol.

il
o
q
h
m
top
x
1992
1
0
0
1
3-6
0
1993
4
3
1
0
9-5
10
1994
6
0
0
6
1-15
0
1995
6
0
1
5
2-21
1
1996
9
3
2
4
8-13
11
1997
10
1
1
8
5-19
4
1998
10
5
2
3
9-12
17
1999
9
1
2
6
8-24
5
2000
9
0
2
7
2-13
2
2001
10
2
2
6
6-15
8
2002
11
1
4
6
5-15
7
2003
8
1
2
5
8-18
5
2004
11
2
5
4
11-18
11
2005
11
0
2
9
2-24
2
2006
8
0
4
4
2-15
4
2007
14
4
3
7
11-24
15
2008
11
2
4
5
6-9
10
2009
13
2
3
8
8-23
9
2010
10
3
3
4
9-17
12
2011
10
2
1
7
9-20
7
2012
10
2
4
4
10-12
10