Elxan Məmmədov: AFFA milli komandadan razıdır – MÜSAHİBƏ
16.11.2012 - 00:16
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Milli üçün 2012-ci il artıq başa çatdı. Komandanın həm cari seçmə mərhələdə bu ilki çıxışına, həm də ilə yekun vurmağınızı istərdik...
- Bu seçmə mərhələdə 4 oyun keçirmişik. Birini evdə, üçünü səfərdə. 2 matçı demək olar favoritlərlə səfərdə keçirmişik. Bakıda 2-ci yer üçün mübarizə aparan İsrail yığması ilə oyunda 1:1 hesablı heç-heçə etdik. İndiyə kimi səfərdə uduzduğumuz Şimali İrlandiyadan bu dəfə 1 xal aldıq ki, bu da uğurlu nəticədir. Bununla da, ili major notda başa vurduq. Belfastda 3 xal da qazana bilərdik. Ancaq fikrimcə, 1 xal qazandıq, 2 xal itirdik. Belə də demək olar. Komanda Şimali İrlandiyaya 3 xal üçün gəlmişdi, xalsız qalmamaq üçün yox. Səfərdə 1:1 bizim üçün yaxşı nəticədir. Növbəti ildə bütün oyunlarımız demək olar evdə olacaq. Yalnız Lüksemburq və İsraillə səfərdə üzləşəcəyik. Ümid edirəm ki, evdə daha çox xal toplayacağıq.
- Qrupda elə vəziyyət yaranıb ki, 10-dan artıq çox xal toplaya bilərik. Bununla, milli öz rekordunu yeniləmiş olacaq. Bu, tarixi uğura imza ata bilərik?
- Belə deyək də, biz heç vaxt xallardan danışmırdıq. Millimiz keçən seçmə mərhələdə 7 xal toplamaqla, rekorda imza atdı. Məqsədimiz ildən-ilə daha yaxşı nəticə qazanmaqdır. İndi məqsədimiz 7 xaldan çox xal toplamaqdır.
- AFFA rəhbərliyi bu il üçün baş məşqçi Berti Foqtsun işindən razıdır?
- Hesab edirəm ki, AFFA komandadan razıdır.
- AFFA rəhbərliyi millinin qazandığı nəticəni layiqincə qiymətləndirib. Sirr deyilsə, Belfastda qələbəyə görə böyük məbləğdə mükafat gözlənilirdi?
- Təbii, oyunun səfərdə keçirildiyini və rəsmi xarakter daşıdığını nəzərə almaq lazımdır. Bəli, mükafat söz verilməmişdi. Ancaq komanda bilir ki, yaxşı nəticə qazanarsa, AFFA rəhbərliyi mükafat verəcək. Ancaq hələlik məbləğ bilinmir. Bu, normal bir qaydadır. Komanda uduzmayıbsa, 3, yaxud 1 xal qazanıbsa, mükafat veriləcək.
- Milli bəzi aparıcı futbolçusu olmadan necə təsir bağışladı?
- Bildiyiniz kimi, itkilər vardı. Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Ufuk Budak, Elnur Allahverdiyev, Əfran İsmayılov oynamırdı. Məşqdə Aleksandr Çertoqanov zədə aldı. Bütün bunlara baxmayaraq, komanda səfərdə xal qazanmaqla bizi sevindirdi. Rəsmi oyunlarda səfərdə qol vurmaq sevindirici haldır. Bu, bir daha göstərdi ki, 4-5 il bundan qabaq əsas futbolçular zədə alırdılarsa, yaxud vərəqəyə görə cəzalı olub, matçı buraxdılarsa, demək olar bir komanda yığmaq mümkün deyildi. Hazırda ikinci komanda demək olar var və normal qaydada oynayaraq, nəticə qazanır.
- Milliyə yeni futbolçuların cəlb olunmağı ilə bağlı AFFA-nın siyasəti davam edəcək?
- Şimali İrlandiya ilə matçda Bədavi Hüseynov, Rasim Ramaldanov, Elhad Nəziri, Səlahət Ağayev oynadı. Bunlardan Rasimlə Elhad ilk dəfə millinin heyətində meydana çıxdı. Əslində, Bədavi ilə Səlahət də debüt edirdilər. Çünki onlar yoldaşlıq matçlarında oynadıqlarından, rəsmi matçda ilk dəfə meydana çıxırdılar. Onların debütləri alındı. Düzdür, Elhad sonda rəqibini itələdi, qapımıza cərimə zərbəsi təyin olundu və qol oldu. Əgər o, özünü günahkar sayırsa, deməli, məsuliyyəti dərk edir. Bu, futboldur, normal haldır. Belə deyək ki, Nəziri futbolçunu itələməsəydi belə, rəqib qol vura bilərdi. Mən belə düşünürəm ki, yeni futbolçular səfərdə rəsmi matç üçün çox inamlı təsir oynadılar.
Mehman SÜLEYMANOV

0
0