Cihan Özkara: Şimali İrlandiyadan Bakıda əvəz çıxacağıq
16.11.2012 - 00:22
“Çətin oyun idi, çox yaxşı vuruşduq. Bütün komandanı apardığı mübarizə nəticəsində qazandığı xala görə təbrik edirəm”. Bu fikirləri apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Cihan Özkara deyib.
Millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfərdə 1:1 hesablı bərabərliyə qaldığı matçda start heyətində meydana çıxan hücumçu gözəl oyunun iştirakçısı olduqlarını bildirib: “Ancaq nəticəyə görə üzgünük. Çünki 3 xalı əlimizdən qaçırdıq. Şimali İrlandiyada qalib gəlmək asan deyil. Biz bunu bacarmağa yaxın idik. Ancaq təəssüf ki, son saniyələrdə qol buraxdıq. 90 dəqiqədən sonra matç bitmədi. Bir xətadan qapımızda top gördük. Ancaq edə biləcəyimiz bir şey yoxdur. Əlimizdən gələni etdik. Hər kəs özünü göstərdi”.
Yığmamız hesabda 1:0 irəlidə olduğu oyunda üstünlüyünü artırmaq imkanları qazandı. Bunlardan ən realı elə Cihanda olsa, o, 2-ci hissədə şansını əldən verdi: “2-3 qol şansımız vardı. Bunlar oyunun həlledici anları idi. Bəlkə onları vursaydıq, matç fərqli olar, erkən bitərdi. Həmin epizodda qol vurmalı idim. Vursaydım, oyun bizim xeyrimizə bitəcəkdi. Cavid Hüseynov məni yaxşı görərək, gözəl ötürmə ilə təkbətək çıxardı. Mən qapıçını keçib, topu soldan vuracaqdım. Ancaq qapıçı tez çataraq, buna imkanı vermədi və topu sinəsi ilə qaytardı. Bəlkə də topu onun üstündən atsaydım, daha asan olardı və qol vuracaqdım. Ancaq şansım gətirmədi. Həmin qolu vursaydım, öz oyunumdan razı qalardım. Ancaq özümdən çox razı qalmadım”.
Türkiyənin I divizion təmsilçisi “Ərciyyəspor”da oynayan Özkara Şimali İrlandiyaya evdə qalib gələcəyimizi gözləyir: “Belə çətin oyunda çox mübarizə aparmaq, komanda kimi oynamaq lazımdır. Matça yaxşı başlayıb, tez qol vursaq da, bundan sonra oyundan düşdük. Rəqib də qol şanslarına malik idi. Belə götürsək ki, cari seçmə mərhələdə 4 oyundan 3-ü səfərdə keçirmişik, qazandığımız 2 xal yaxşıdır. Şimali İrlandiya yığması gələn il Bakıya gələcək. Onda onlardan bunun əvəzini çıxacağıq”.
Mehman SÜLEYMANOV</b>

0
0