“Berdıyevin haqqımda belə danışması normaldı” MÜSAHİBƏ
16.11.2012 - 11:00
Azərbaycan millisinin kapitanı Ruslan apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Millidə rəsmi oyunda kapitan kimi debütünüzdən nə dərəcədə razı qaldınız?
- Əlbəttə, qələbə qazanmağı çox istəyirdik, buna da yaxın idik. Düzdür, rəqibin də bizim kimi qol imkanları vardı. Ancaq Belfasta ən azından xal dalınca gəlmişdik. Qazandığımız 1 xal da bizim üçün yaxşı nəticədir. Qələbə olmadısa, buna görə ruhdan düşməyib, artıq növbəti oyunlara yaxşı, ciddi hazırlaşmaq lazımdır.
- Bu il üçün bitən seçmə mərhələdə 4 oyuna qazanılan 2 xal nə dərəcədə qənaətbəxş nəticədir?
- Qənaətbəxş nəticə saymaq olar. Bunun 3-ü səfərdə oynamışıq. Şimali İrlandiyada qolu son dəqiqələrdə buraxdıq. Bizə ən çox təsir edən bu idi. Onların qol imkanları zamanı bizim bəxtimiz də gətirirdi. Qol imkanlarımız zamanı Cihan Özkara, Vaqik Cavadovun imkanları vardı.
- Buraxdığımız qol epizodunu necə şərh edərdiniz?
- Rəqib sırf oyun epizodundan qol vursaydı, o da bizə o dərəcədə təsir etməzdi. Sadəcə, standart vəziyyət, elə bir nöqtə idi ki... Nə isə, qismətdir.
- Bunda səhvi olan qapıçı Səlahət Ağayev, cərimə zərbəsinə səbəbkar olan Elhad Nəzirini qınamadınız?
- Yox. Bu, futboldur, heç kimi qınamaq lazım deyil. O səhvi hər kəs edə bilər. Futbol səhvlər üzərində qurulub. Buna görə tək onlara yox, bütün futbolçulara hər zaman dəstək lazımdır.
- Sizcə, hakimlik oyunun nəticəsinə təsir etdimi?
- Düzdür, hakimin müəyyən qədər təcrübəsizliyi hiss olunurdu. Ancaq deməzdim ki, o dərəcədə də pis hakimlik oldu. Belə hakimlik də normaldır, çünki Şimali İrlandiya ev sahibi idi. Az da onlara simpatiya olmalı idi.
- Bu il yığmamız üçün bitdi və onun heyətində ən çox oyun keçirənlərdən biri siz oldunuz. 2012-ci ildə millinin çıxışı yadınızda necə qaldı?
- Deyərdim, keçən mövsümlərə baxarkən, milli komandamız bu il çox oyunlarını səfərdə oynadı. Uğurlu saymaq olmaz. Mənə elə gəlir ki, gələn il daha uğurlu olacaq. Çünki oyunlarımızın çoxunu evdə keçirəcəyik və maksimum nəticə qazana bilərik.
- Yəqin ki, bunu reallaşdırıb, rekord xal yığacağınıza inamınız böyükdür...
- Əlbəttə. Həmin Şimali İrlandiya ilə ev oyunumuz, Lüksemburqla 2 matçımız var. Bu oyunlarda qələbə şansımız böyükdür və bunlar ən azından xal qazandırmağa ümid verir.
- Artıq yığmanın oyunu bitdiyindən, bütün diqqətinizi kluba yönəltməlisiniz. Cari mövsümdən şərəfini qoruduğunuz “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyi oldu. Bunu necə qarşıladınız?
- Yunis Hüseynovun istefa verməyi mənim üçün də çox təsirli oldu. Çünki mən onun sayəsində “Xəzər Lənkəran”a cəlb olunmuşdum. İstəməzdim ki, Yunis müəllim istefa versin. Əlbəttə, ona bundan sonrakı karyerasında uğurlar arzulayıram. İnanıram ki, Hüseynov yenidən iddialı klublarda işləyərək, öz sözünü deyə biləcək.
- Yeni təyinat haqda nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, mətbuatdan müəyyən Avropa təcrübəsi olan məşqçi olduğunu oxumuşam. Ən azından təşkilatçılıq, səviyyə baxımından savadlı bir məşqçiyə oxşayır. İspan məşqçi ilə klubun düşərgəsində olduğumuz zamanı tanış olacağıq.
- Yenidən əcnəbi mütəxəssisin rəhbərliyi altında çalışmalı olacaqsınız. Mövsümün gedişində yeni baş məşqçi gələndən sonra ona uyğunlaşmaq sizdə çətinlik yaratmır?
- Düzdür, müəyyən çətinliklər olur. Çünki mövsüm ərzində baş məşqçi dəyişikləri olarsa, hər bir futbolçuda onların oyun üslublarına, taktikalarına uyğunlaşmaq baxımından bir az problemlər olur. Ancaq biz futbolçuların işi elədir ki, nə tapşırıq verilirsə, onu yüksək səviyyədə icra eləmək qalır.
- Qış fasiləsinin yaxınlaşdığınızı nəzərə alsaq, baş məşqçi dəyişikliyi karyeranıza təsir edə bilərmi? Sizi gətirən baş məşqçi getdiyindən, komandanı dəyişmək barədə düşünə bilərsinizmi, yoxsa bu haqda danışmaq hələ tezdir?
- Mən hələ bu barədə danışmaq istəmirəm. Çünki qarşıda hələ oyunlarımız var. Hər şeyi zaman göstərəcək.
- Keçmiş komandanız “Neftçi”nin Avroliqada “Rubin”lə oyunları zamanı bu komandaya keçmək variantınız haqda çox danışıldı...
- Mənim həmişə arzum olub ki, legioner həyatı yaşayım. Qismətimdə varsa, Allahın köməyi ilə olacaq.
- Kazan klubunun baş məşqçisi Kurban Berdıyev sizi baxışdan keçirən zamanı bəyəndiyini və məsələnin hələ açıq qaldığını bildirdi. Sadəcə, o, oyunlar zamanı buna qayıtmaq istəmədi...
- Bu da normaldır. Çünki orda “Rubin”lə “Neftçi” oynayır və mənim bu söhbətə heç bir aidiyyatım yoxdur. Hələ “Rubin” variantı haqda danışmaq istəmirəm. Dediyim kimi, hər şeyi vaxt göstərəcək.
Mehman SÜLEYMANOV

0
0