“Həmin həkimi Berti Foqtsun vasitəsilə tapdıq”
16.11.2012 - 12:10
“Noyabrın 2-dən Almaniyadayam. Məşqlərimi burada həyata keçirirəm”. Bu sözləri apasport.az saytına millinin və “Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov deyib.
Ötən mövsümün gedişində zədələnən və cərrahiyyə əməliyyatı olunan futbolçu cari çempionat başladıqdan sonra cəmi bir oyunda ilk dəqiqlərdən meydana çıxıb.
O, 2 görüşdə isə sonradan komanda yoldaşlarına kömək edib. Halbuki, Hüseynov son illərdə “Qəbələ”nin əsas heyət üzvlərindən hesab edilirdi və sabit çıxışı ilə yadda qalırdı.
Bunun nəticəsi olaraq, yığmamızın baş məşqçisi Berti Foqts müdafiəçinin millinin düşərgəsinə dəvət etməklə yanaşı, rəsmi oyunlarda meydana da buraxırdı. Lakin əməliyyatdan sonra heç cür özünə gələ bilməyən Vurğun bərpa prosesini klubun bazasında keçdikdən sonra, yenidən Almaniyaya yollanıb.
2 həftədir Qərbi Avropa ölkəsində olan futbolçu məşqlərə başladığını deyib: “Həmin həkimi yığmanın baş məşqçisi Berti Foqtsun vasitəsilə tapdıq. Xərclərimi isə klub ödəyir. Artıq məşqlərə başlamışam. Burda topla da çalışıram. Təbii ki, həkim nəzarəti altında. İndi özümü yaxşı hiss edirəm. Yəqin ki, bir həftəyə dönəcəm və komandanın hazırlığına qoşulacam”.

0
0