Rail Məlikov boulinq oynadı
16.11.2012 - 13:44
Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin 1-ci dəstə klubu “Dənizlispor” son turlardakı nəticələri unutdurmaq üçün əyləncəyə də vaxt ayırır. Apasport.az saytı xəbər verir ki, “Dənizlispor”un sabiq vitse-prezidenti, hazırda Dənizli Həvəskar İdman Klubları Federasiyasının prezidenti işləyən Fəyyaz Ceşənin dəvətilə bütün futbolçular və məşqçilər heyəti boulinq oynayıb. Rail və komandası “Ceşənlər Boulinq”də səhər yeməyi də yeyib.
Qeyd edək ki, “Dənizlispor” noyabrın 18-də “Adanaspor”la qarşılaşacaq. Hazırda 14-cü sırada olan “xoruzlar” bilet qiyməti 5-20 lirə arasında olan oyunda qələbə qazanıb vəziyyətini düzəltməyə çalışacaq.

0
0