“Məqsədim “Xəzər”i çempion etməkdir”
16.11.2012 - 15:00
“Xəzər Lənkəran” rəhbərliyi bu gün yeni baş məşqçisi Karles Martorell Bakesin rəsmi təqdimat mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə ispaniyalı çalışdırıcı ilə yanaşı, klubun vitse-prezidenti Tuyqun Nadirov və tərcüməçi Elvar Quliyev iştirak edib. Bakes öncə təyinatı ilə bağlı fikirlərini bildirib.
- Öncə klubun sahibi Mübariz Mənsimov, prezidenti Mais Mənsimova təşəkkür edirəm ki, mənə burada işləməyə şərait yaratdılar. Buna görə onlara minnətdaram.
- Lənkərandakı şəraitlə tanış olmusunuz?
- Bəli. Komanda haqda yetərincə məlumatım var, hətta bir oyununu izləmişəm. Bu, çoxdan olub.
- Vaxtilə Qəbələyə gələn ispaniyalı məşqçilər arasında siz də var idiz?
- Bəli. Biz ora məşqçilərə seminar keçirmək üçün gəlmişdik.
- Köməkçiləriniz arasında dəyişiklik edəcəksiniz?
- Yox. Ümumiyyətlə, komandada böyük dəyişiklər etmək fikrim yoxdur. Yalnız bəzi transferlər ola bilər. Ancaq bu, indi nəzərdə tutulmayıb.
- “Xəzər Lənkəran”ın çoxdandır çempion, qazana bilmir. Buna nail olacağınıza, avrokuboklarda uğur qazanacağınıza söz verirsiniz?
- Bura “Xəzər Lənkəran”ı çempion etmək üçün gəlmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Çalışacağıq ki, bu xoşagəlməz seriyaya son qoyaq.
- İndiyədək böyük klublarda işləməmisiniz. Bu mənada “Xəzər Lənkəran”da sizə çətin olmayacaq?
- Mən “Barselona”da çalışmışam. Oranın səviyyəsi, tarixi də hamıya məlumdur. Bu mənada mənə çətin olmayacaq.
- Sözlərinizdən belə çıxır ki, “Barselona”da işləyən bütün məşqçilər nəticə qazanmağa məhkumdur?
- Düzdür, nəzəriyyə başqa, praktika başqadır. Ancaq gələcəkdə nəticəni görüb, qiymət verəcəksiniz.
- Rəhbərlik qarşınıza hansı vəzifə qoyub?
- “Xəzər Lənkəran”ın bəzi oyunlarını görmüşəm, futbolçuların potensialını bilirəm. Buna əsasən özümə güvənərək, çempion edə biləcəyimi düşünürəm. Rəhbərlik mənə bunu deməsə də, fikrim çempionluq qazanmaqdır.
- Onu da nəzərə alın ki, bu, asan olmayacaq və güclü rəqibləriniz var.
- Mən mayda burada olmuşam. Onda mövsümün qızğın vaxtı idi. Mənə “Xəzər Lənkəran”ın və rəqiblərinin oyunlarının diskləri verildi. Yəni, hər şeydən məlumatım var.
- “Xəzər Lənkəran” azarkeşləri çılğındırlar və məğlubiyyəti həzm edə bilmirlər...
- Lap yaxı. Biz də məğlubiyyəti sevmirik. Onda stadiona gəlsinlər.
- Çempionatımızın səviyyəsi aşağıdır. Bu mənada, Azərbaycandan təklif gələndə, tərəddüd etmədiniz?
- Mən çoxdan böyük komandada işləmək istəyirdim. Buna görə təklifi çox fikirləşmədən qəbul etdim.
- Hər məşqçinin özünəməxsus oyun üslubu var. “Xəzər Lənkəran” sizin vaxtınızda necə oynayacaq?
- Əsasən istəyirəm ki, topla çox davransınlar, cinahlardan hücumlar olsun.
- Belə çıxır ki, “Xəzər Lənkəran” “Barselona” kimi oynayacaq...
- Yox. Gəlin, bu 2 komandanın futbolçularını müqayisə etməyək. Baş məşqçi futbolçuların potensialına uyğun oyun sistemi qurur.
- “Xəzər Lənkəran”da ispaniyalı futbolçu olacaq? Ölkəmizdə oynayan ispan futbolçuların çıxışı uğurlu alınmır...
- Belə baxanda, heyətimiz qısadır. Qış fasiləsində 2-3 futbolçu transfer etməyi planlaşdırırıq. Onun hansı ölkədən olmasının fərqi yoxdur. Əsas biz istədiyimiz futbolçular olsun, bizə lazım olan mövqelərdə faydalı olsunlar və Azərbaycandakı şəraitə uyğunlaşsınlar.
- “Xəzər Lənkəran” futbolçularının yer aldığı Azərbaycan yığmasının Şimali İrlandiya millisi ilə rəsmi oyununu izlədiniz?
- Yox, buna imkanım olmadı. Çünki Bakıya gəlirdik. Ancaq “Xəzər Lənkəran”ın yığmadakı futbolçuları haqda məlumatım var.
- Onlarla bağlı fikirlərini bölüşərdiniz?
- Təbii ki, onlar təcrübəli futbolçulardır və bizə, gənc oyunçulara xeyir verirlər.
- “Xəzər Lənkəran”da ilk işiniz nə olacaq? Sizcə, rəhbərlik niyə məhz sizi seçdi? Bunu özünüz üçün müəyyənləşdirmisiniz?
- Məncə, niyə mənim seçilməyim mənə veriləsi sual deyir. Mənim ilk işim səviyyəli futbolçuları taktikamı uyğunlaşdırmaq olacaq. Bu gün səhər məşqdə iştirak etdim, iş başında oldum. Ancaq taktiki planda bəzi dəyişiklər olacaq.
- İşinizin nəticə verməsi üçün sizə nə qədər vaxt lazımdır?
- Çalışırıq ki, gündən-günə komanda daha yaxşı təsir bağışlasın. Müddət deyə bilmərəm. Artıq bazar günü vacib oyunumuz var. Bundan başlayaraq, qələbə qazanmağa, “Xəzər Lənkəran”ın yaxşı oyun nümayiş etdirməyinə çalışacağıq.
- “Barselona”da həyata keçirilən layihələrdən burada da tətbiq edəcəksiniz?
- Transfer etmək asandır. Əsas klubun öz futbolçularını yetişdirməkdir. Ancaq onlar dərhal əsas komandaya gətirmək olmaz. Bunun üçün vaxt lazımdır. Düzdür, Yohan Kroyff “Barselona”ya gələndə, bütün komandalar eyni sistemlə oynadı. İndi də bəhrəsini gördük.
- “Xəzər Lənkəran”ın Lənkəranda, yoxsa Bakıda hazırlıq keçməyini daha məqsədəuyğun sayırsınız?
- Lənkəran bizim üçün doğma məkandır. Orada şərait var, məşqlərimi də çox vaxt orada edəcəyik. Təbii ki, səfərdə oynayanda, Lənkərandan kənarda hazırlaşacağıq.
Mehman SÜLEYMANOV

0
0