Millimizlə görüşməkdən imtina edən erməni vətənində də oynaya bilmədi
16.11.2012 - 15:15
Noyabrın 14-də Moldova yığmasının heyətində 21 yaşadək futbolçulardan ibarət millimizlə qarşılaşmada forma geyməkdən imtina edən Artyom Xaçaturovun tarixi vətənində də oynamaq arzusu baş tutmayıb. Apasport.az saytının xəbərinə görə, Ermənistan yığmasının baş məşqçisi Vardan Minasyandan dəvət alsa da, sənədləri ilə bağlı problemlə üzləşdiyindən “Şerif”də çıxış edən futbolçu Litva ilə qarşılaşmada forma geyə bilməyib.
Qeyd edək ki, Xaçaturov vaxtilə türklərin məskunlaşdığı Moldovanın Bəndər şəhərində anadan olub. Onun atası erməni, anası isə moldovandır. Futbolçu Moldova U-21-də 10 keçirib və 2 qol vurub.
Qeyd edək ki, Xaçaturov vaxtilə türklərin məskunlaşdığı Moldovanın Bəndər şəhərində anadan olub. Onun atası erməni, anası isə moldovandır. Futbolçu Moldova U-21-də 10 keçirib və 2 qol vurub.
0
0