“Neftçi”nin rəqibi qaranlıqda qaldı
16.11.2012 - 17:18
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Partizan” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Serbiya təmsilçisinə elektrik enerjisi ilə təminatı dayandırılıb.
“Partizan”a məxsus stadion və bazanın işıqları söndükdən sonra Belqrad təmsilçisi qaranlıqda qalıb. Buna səbəb klubun elektrik enerjisinin haqqını ödəməməsidir. Hazırda “Neftçi”nin rəqibinin 12 milyon dinar işıq pulu borcu var. Bu isə təxminən 107 min 480 manata bərabərdir.

0
0