Nəhs tur: “Neftçi” yeni arenada, “Xəzər Lənkəran” yeni məşqçi ilə
17.11.2012 - 00:01
Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, millimizin oyunu ilə əlaqədar çempionatda 2 həftəlik fasilə yekunlaşır və nəhs tur 3 gündə keçiriləcək.
Belə ki, azarkeşlər adət etdikləri kimi təkcə həftəsonları yox, bazar ertəsi də matç izləyə biləcəklər.
Turun mərkəzi oyunu mərkəzi arenada keçiriləcək. Orada turnir cədvəlində qonşu olan “Simurq”la “Qarabağ”ın duelini izləyə biləcəyik. Zaqatalalılar son vaxtlar qələbə qazana bilməməkləri nəticəsində 1-ci pillədə əldən verdisə, Ağdam təmsilçisi belə seriyaya son 2 turda qalib gəlməkləri ilə son qoydu. İndi “Qarabağ” ardıcıl 3-cü qələbəsini qazanarsa, “Simurq”a çataraq, şəxsi oyunlara görə onu qabaqlayacaq. Çünki ilk dövrədə Zaqatalada keçirilən oyunda qalib müəyyənləşməyib.
Lider “İnter”i də çətin sınaq gözləyir. Belə ki, “Turan” hələ Əfqan Talıbovun baş məşqçi postuna gəlişinə qədər “bankirlər”ə çətin anlar yaşatmışdı. Onda Tovuzda qonaqlar oyunun sonunda əvvəlcə hesabı bərabərləşdirib, ardından qələbə topunu vurmuşdu.
Tura bu gün yeganə oyunla start veriləcək ki, həmin matç da diqqət mərkəzində olacaq. Əvvəla, milli çempionatımızın 20 illik tarixində ilk dəfə 8-ci km qəsəbə stadionunda oyun olacaq. Burada rəsmi oyunlar olsa da, onlar 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının matçları idi. Digər məqam odur ki, “Neftçi” ilk dövrədə “Sumqayıt”a uduzmağı gözlənilməz olmuşdu və indi bakılılar bunun əvəzini çıxmağa çalışacaq.
Ümumiyyətlə, turun oyunlarından çoxu paytaxtda olmağı ilə diqqət çəkir və əyalətdə yeganə matç Qəbələdə keçiriləcək. Burada futbolçu karyeralarından bir-birini yaxşı tanıyan Ramiz Məmmədovla Mahmud Qurbanovun artıq baş məşqçi kimi ilk dueli olacaq. “Qəbələ” Məmmədovun qayıdışına qədər “Kəpəz”ə yenilmişdi və bununla da Qurbanov məşqçilik karyerasında ilk qələbəsini qazanmışdı.
“Bakı” – “Xəzər Lənkəran” oyunu qonaqların yeni baş məşqçisinin debütü kimi tarixə düşəcək. Lənkəranlıların bu gün təqdimatını etdiyi ispaniyalı Karles Martorell ilk oyununu cari mövsümdə zəif təsir bağışlayan “Bakı” ilə səfər matçında keçirəcək. Ancaq digər tərəfdən, “zolaqlılar”ın cənub klubu ilə oyunları həmişə gərgin və prinsipial olub. Ən əsası, “Bakı” lənkəranlılarla oyunda adətən yaxşı alınır. Təsadüfi deyil ki, bakılılar Martorellin baş məşqçi postunda əvəzlədiyi Yunis Hüseynovun komandasını ötən mövsüm hər 2 oyunda məğlub edə bilib.
Bir vaxtlar liderlər sırasında olan AZAL cari mövsümdə ilk qələbəsini qazandığı “Rəvan”la üzləşəcək. Ancaq onun rəqibinin baş məşqçisi türkiyəli Cevat Gülər yox, bosniyalı Kemal Alispahiçdir və onun gəlişindən sonra komanda çox xal toplamağı ilə diqqət çəkdi. Düzdür, ötən turda Lənkəranda 0:5 hesablı darmadağın oldu və “Rəvan” həm bunun, həm də AZAL-dan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
17 noyabr
15:00. “Neftçi” – “Sumqayıt”
Bakı. 8-ci km qəsəbə stadionu.
İlk dövrədəki oyun – 2:3.
18 noyabr
14:15. “Bakı” – “Xəzər Lənkəran”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu.
İlk dövrədəki oyun təxirə salınıb.
16:00. “Qarabağ” – “Simurq”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun – 0:0.
18:00. “İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu.
İlk dövrədəki oyun – 3:2.
19 noyabr
14:00. “Qəbələ” – “Kəpəz”
Qəbələ. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:1.
16:00. “Rəvan” – AZAL
Bakı. “Bayıl Arena” stadionu.
İlk dövrədəki oyun – 1:3
Bombardir: Junior Nildo (AZAL) – 8

| komanda | o | q | h | m | t | x | |
1 | İnter | 11 | 5 | 5 | 1 | 11-5 | 20 |
2 | Simurq | 12 | 5 | 5 | 2 | 14-7 | 20 |
3 | Qarabağ | 12 | 4 | 5 | 3 | 15-13 | 17 |
4 | Xəzər L | 11 | 4 | 4 | 3 | 17-9 | 16 |
5 | AZAL | 11 | 4 | 4 | 3 | 16-12 | 16 |
6 | Qəbələ | 11 | 4 | 4 | 4 | 13-14 | 16 |
7 | Neftçi | 9 | 5 | 0 | 4 | 16-12 | 15 |
8 | Turan | 11 | 4 | 3 | 5 | 13-16 | 15 |
9 | Rəvan | 12 | 3 | 4 | 5 | 12-18 | 13 |
10 | Sumqayıt | 11 | 3 | 4 | 5 | 10-18 | 13 |
11 | Bakı | 10 | 1 | 7 | 2 | 8-8 | 10 |
12 | Kəpəz | 12 | 2 | 3 | 7 | 8-21 | 9 |
Bombardir: Junior Nildo (AZAL) – 8
0
0