Georgi Nikolov PFL və telekanalları tənqid etdi
16.11.2012 - 18:44
“Azərbaycanda yayın hüququna yiyələnmək yağlı tikədir. Bu hüquqlara sahib olan klublar yaxşı qazanır, öz büdcələrini doldurur, TV-nin reklam etdiyi bahalı reklam bilbordlarından gəlir əldə edir və üstəlik, reklam hüquqlarını da özü sata bilir. Beləcə, əsl futbol sənayesi formalaşır... Təbii ki, bu, bir zarafatdır!” Apasport.az saytı xəbər verir ki, bu sözləri “İnter”in prezidenti Georgi Nikolov deyib.
Tənqidlərə meylli olan bolqarıstanlı prezident bu dəfə ölkəmizdəki yayım sistemini, daha dəqiqi, telekanalları tənqid edib. O, ardıcıl 6 ildir ki, bu sistemdə yenilik olmadığını qeyd edib: “Bunlara İngiltərə, Almaniya, Fransada rast gəlmək olar. Ancaq Topaz Premyer Liqasında hər şey fərqlidir. 2006-cı ildən oyunların yayın hüququ ya klublara məxsus olur, ya da AFFA/PFL onu himayəsi altına götürür. Hər il fərqli cür olur, ancaq yekun eynidir. Klublar oyunların yayımından heç nə qazanmır. Hələ səni efir vaxtına görə pul verməyə məcbur etməzlərsə, onlara “sağ ol” düşür.
Telekanallara inanmıram. Futbola maraq olmadığını, yayın vaxtı heç kimin reklam vermək istəmədiyini deyirlər. Axı tələb var. 5 adama sual verin ki, Topaz Premyer Liqasının oyunlarına baxırsınız? Onlardan dördü “Bəli” cavabı verəcək. Bizim çempionat maraqlıdır. Buna şübhəniz olmasın. Adamlar sadəcə stadiona getməyə tənbəllik edir, ancaq televizor arxasında həvəslə əyləşib oyuna baxmaqla həyəcan keçirirlər.
Televiziyaçılar üçün “X” klubdan bir neçə min manat pul alıb yayın təşkil etmək əməkdaşlıqda maraqlı olan firmaları tapıb onları bu işə cəlb etməkdən olduqca asandır. Asan və düzgün olmayan “marketinq”. Heç kimin də sənə qarşı arqumentləri ola bilməz. PFL TV-ləri məğlub edə bilməyəndən, çempionatın yayın “hüquqlar”nı onlara satmağı bacarmayandan sonra...
Bu iş necə davam edəcək – bax bunu proqnozlaşdırmaq istəmirəm, bununla mübarizədən artıq yorulmuşam. Bu gedişlə, heç nə dünyanın sonunadək dəyişməyəcək. Klubların isə bizim telekanalları Sky Sports, Canal + və başqaları səviyyəsində görmək arzuları yuxu kimi qalacaq”.

0
0