380 dəqiqəlik “dahi”
16.11.2012 - 18:59
Son günlər futbol ictimaiyyətinin diqqəti “Qarabağ”dan ayrılıb “Neftçi”yə keçmək üzrə olan Əfran İsmayılova yönəlib. Az qala hamı bu 24 yaşlı “ulduz”un gələcək karyerası ilə bağlı nəsə yazmağa çalışır. Özünü dahi sayan Əfranın özü isə mətbuatdan qaçmağa üstünlük verir. Görünür, adının mediada bir az çox hallanması gənc futbolçunun da başını gicəlləndirib.
Özünü Lionel Messi və ya Kriştianu Ronaldo səviyyəsində “ulduz” saymağa başlayıb və bununla, mətbuata yuxarıdan aşağı baxmasına səbəb olub. Hərçənd, Əfranı azarkeşlərə tanıtdıran da mətbuat olub. Yoxsa ki, onu komandasının oyunlarını izləyən 400-500 tamaşaçıdan başqa kim tanıyacaqdı ki?
Milli komandanın son oyunlarına baxsaq görərik ki, Əfran baş məşqçi Berti Foqts üçün də lazımsız futbolçudur. Yığmanın son 2 oyununda meydana çıxmayan yarımmüdafiəçi İsrail və Portuqaliya ilə seçmə oyunlarında da start heyətdə deyildi. Ona hər iki matçın yalnız 59-cu dəqiqəsində meydana daxil olmaq müyəssər olub. Təbii ki, İsmayılov da bu 62 dəqiqədə heç nə ilə fərqlənməyib.
Ümumilikdə, 2012-ci ildə 10 oyun keçirən yığmanın yalnız 5 oyununda Əfranın meydana çıxmasına ehtiyac olub. Onda da cəmi 223 dəqiqə oynamaq imkanı qazanıb, nə iləsə də fərqlənməyib.
İsmayılovun indi belə “bərk getməsini” onun yığmadakı keçmiş xidmətləri ilə bağlamaq olardı. Əlbəttə əgər, yığmada nəsə etmiş olsaydı. Lakin indiyədək 13 oyunda milli forması geyən yarımmüdafiəçi 1 qol vurub. 786 dəqiqə oynadığı bu qarşılaşmaların da 9-da start heyətdə yer alıb.
Dünya və Avropa çempionatlarında isə cəmi 6 dəfə start heyətində meydana çıxan yarımmüdafiəçi cəmi vur-tut 8 qarşılaşmada iştirak edib. 489 dəqiqə ərzində İsmayılovun nə ilə isə fərqləndiyini qeydə alan olmayıb.
Əfran Topaz Premyer Liqasında da ciddi fərqlənməyib. Cari mövsüm 12 tur ərzində 380 dəqiqə meydanda olan “dahi” futbolçu 7 oyunda qol vurmayıb. Hərçənd, hücumameylli oyunçu qol sayı ilə öyünən müdafiəçilərdən dərs götürə bilərdi.
Əfran Premyer Liqada da zəngin karyeraya malik deyil. O, 2006/07 mövsümündə ölkə çempionatında debüt edib. Buna görə isə İsmayılov türkiyəli mütəxəssis Rasim Karaya minnətdar olmalıdır. Həmin vaxt “Qarabağ”da gəncləşdirmə siyasətinə start verən əcnəbi baş məşqçi Əfran və digər gəncləri komandaya cəlb etdi. Bununla, İsmayılovun “ulduz” olmasının təməli qoyuldu.
Baş məşqçi postuna Qurban Qurbanovun gəlməsindən sonra Əfran artıq Ağdam təmsilçisi üçün də lazımsız idi və “Turan”a icarəyə verildi. Yalnız ordan qayıtdıqdan sonra yarımmüdafiəçi az-çox özünü göstərib. Çempionatda heç 100 oyun belə keçirməyən, 95 matçda 14 qol vuran İsmayılov indi “Neftçi”də parlamaq istəyir.
Görəsən, İsmayılov paytaxt təmsilçisinin ən güclü xətti olan yarımmüdafiənin hansı hissəsində oynayacaq. Konkret Julius Vobayın mövqeyində çıxış edən İsmayılov syerra-leoneli ilə rəqabət aparması inandırıcı görünmür. Bunun üçün həmyerlimiz afrikalının zədələnməsini və ya klubdan getməsini gözləməlidir. Lakin Vobayın yarımmüdafiənin digər nöqtəsinə keçirilməsi Əfran üçün yaşıl işıq yandıra bilər. Düzdür, bu “Neftçi”də rəqabəti artıracaq, amma onsuz da yığmada möhkəmlənməkdə çətinlik çəkən yarımmüdafiəçi klubda az oynamaqla, millidə də daha az çıxış etmək təhlükəsi ilə üzləşəcək.

I tur | Inter | 90 dəqiqə |
II tur | Rəvan | 89 dəqiqə |
III tur | Sumqayıt | 30 dəqiqə |
IV tur | Neftçi | 83 dəqiqə |
V tur | AZAL | 45 dəqiqə |
VI tur | Turan | 21 dəqiqə |
VII tur | Simurq | - |
VIII tur | Kəpəz | - |
IX tur | Bakı | - |
X tur | Xəzər Lənkəran | - |
XI tur | Qəbələ | - |
XII tur | AZAL | 22 dəqiqə |
7 oyun | 380 dəqiqə |
Əfran Premyer Liqada da zəngin karyeraya malik deyil. O, 2006/07 mövsümündə ölkə çempionatında debüt edib. Buna görə isə İsmayılov türkiyəli mütəxəssis Rasim Karaya minnətdar olmalıdır. Həmin vaxt “Qarabağ”da gəncləşdirmə siyasətinə start verən əcnəbi baş məşqçi Əfran və digər gəncləri komandaya cəlb etdi. Bununla, İsmayılovun “ulduz” olmasının təməli qoyuldu.
Baş məşqçi postuna Qurban Qurbanovun gəlməsindən sonra Əfran artıq Ağdam təmsilçisi üçün də lazımsız idi və “Turan”a icarəyə verildi. Yalnız ordan qayıtdıqdan sonra yarımmüdafiəçi az-çox özünü göstərib. Çempionatda heç 100 oyun belə keçirməyən, 95 matçda 14 qol vuran İsmayılov indi “Neftçi”də parlamaq istəyir.
2006/07 | Qarabağ | 7 | 0 |
2007/08 | Qarabağ | 6 | 0 |
2008/09 | Qarabağ | 1 | 0 |
2008/09 | Turan | 10 | 2 |
2009/10 | Qarabağ | 27 | 5 |
2010/11 | Qarabağ | 12 | 1 |
2011/12 | Qarabağ | 25 | 6 |
2012/13 | Qarabağ | 7 | 0 |
7 mövsüm | 2 klub | 95 oyun | 14 qol |
Qarabağ | 85 | 12 | |
Turan | 10 | 2 |

0
0