“Partizan” Bakıya məğlub gəlir
18.11.2012 - 10:19
“Partizan” Bakıya məğlub gəlir
“Neftçi”nin Avroliqanın qrup mərhələsində növbəti rəqibi olan “Partizan” Serbiya çempionatının növbəti turunda derbi matça çıxıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz ən prinsipial rəqibi olan “Srvena Zvezda” ilə Belqrad derbisində - 2:3.

Maraqlıdır ki, “Partizan” oyunda hesabda 2 dəfə irəlidə olub. Belə ki, 9-cu dəqiqədə Aleksandr Çitroviç, 16-cı dəqiqədə Milan Yovanoviç qonaqları hesabda irəli çıxarıb. Ancaq “Srvena Zvezda” 2-ci hissədə əvvəl hesabı bərabərləşdirib, ardından qələbə topunu vurub.

Bununla da “Partiza” mövsümdə 2-ci məğlubiyyətini alsa da, vahid liderliyini davam etdirir. Belə ki, komandanın 17 oyundan 33 xalı var və uduzduğu ən yaxın izləyicisini 5 xal qabaqlayır.

Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu noyabrın 22-də keçiriləcək.