“Neftçi”nin rəqibi qələbə seriyasını davam etdirdi
18.11.2012 - 10:37
“Neftçi”nin Avroliqada bir qrupda yer aldığı “Rubin” qələbə seriyasını davam etdirib. Apasport.az saytının məlumatına görə, Kazan klubu Rusiya Premyer Liqasının XVI turunda səfərdə “Alaniya”ya 2:0 hesabı ilə qalib gəlib. Rəqibimiz hər 2 qolu fasilədən sonra vurub. Oyunun 57-ci dəqiqəsində İvan Markano, 62-ci dəqiqədə Alan Kasayev fərqlənib.
Bu qələbədən sonra “Rubin” turnir cədvəlində 4-cü pilləyə qalxıb. Komandanın 16 oyundan sonra 30 xalı var və lider MOİK-dən 6 xal geri qalır.
Bu qələbədən sonra “Rubin” turnir cədvəlində 4-cü pilləyə qalxıb. Komandanın 16 oyundan sonra 30 xalı var və lider MOİK-dən 6 xal geri qalır.
0
0