Cavid Hüseynov darmadağını kənardan izlədi
18.11.2012 - 10:55
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Adana Dəmirspor” klubu üçün hesabat turu uğursuz olub. Apasport.az saytının məlumatına görə, Adana təmsilçisi XII turda evdə “1461 Trabzon”a böyük hesabla uduzub – 0:3. Hüseynovun komanda yoldaşı Burak Keskin 74-cü dəqiqədə qırmızı vərəqə alıb ki, qonaqlar bundan 2 dəqiqə sonra 3-cü qolu vuraraq, böyük hesablı qələbəni rəsmiləşdirib.
Millimizin Şimali İrlandiya yığması ilə səfər oyununda 90 dəqiqə meydanda olan Cavid darmadağında iştirak etməyib. Onun adı ümumiyyətlə, protokola daxil edilmədiyindən, matçı kənarda izləyib.
Qeyd edək ki, “Adana Dəmirspor” 12 oyundan 17 xalla turnir cədvəlində 8-ci pillədə gedir.

0
0