Nəziri oynamadı, AZAL-ın sabiq futbolçusu fərqləndi
18.11.2012 - 11:34
Nəziri oynamadı, AZAL-ın sabiq futbolçusu fərqləndi
Azərbaycan yığmasının futbolçusu Elhad Nəziri çıxış etdiyi Moldovanın “Milsami” klubunda növbəti turun oyununu buraxıb. Apasport.az saytının məlumatına görə, müdafiəçinin iştirak etmədiyi “Speranta” ilə səfər matçında komandası 1:0 hesabı ilə qalib olub. Qələbə topunun müəllifi ötən mövsüm AZAL-da çıxışı ilə tanınan moldovalı hücumçu Georgi Boqyu olub.

Qeyd edək ki, Nəziri millimizdə debütü bu həftə Şimali İrlandiya yığması ilə səfər oyununda oldu. Onun komandası çempionatda 17 oyundan sonra 27 xalla 4-cü yerdədir.