Erik Ramos kənarda, Mahir Şükürov qayıdır
18.11.2012 - 12:34
“Neftçi” Avroliqanın qrup mərhələsində “Partizan”la qarşıdakı oyuna itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandanın əsas heyət oyunçularından olan Erik Ramos noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda meydana çıxa bilməyəcək. Buna səbəb paraqvaylı yarımmüdafiəçinin vərəqə limitini dolduraraq, cəzalı duruma düşməyidir. Baş məşqçi Böyükağa Hacıyevin onun yerinə kimin oynadacağını müəyyənləşdirir ki, əsas məsələ dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək futbolçunun həmin mövqeyə uyğunlaşmağıdır.
Çempionun zədəli futbolçuları isə sıraya dönür. Belə ki, Cavid İmamverdiyev qrup mərhələsində yeganə oyununu keçirdiyi “Partizan”la ev matçında da meydana çıxa biləcək. Əməliyyat olunduqdan sonra bərpa prosesini keçən yarımmüdafiəçi qayıdışını hesabat turunda “Sumqayıt”ı 8:1 hesabı ilə qalib gəldikləri oyunda sonradan meydana çıxaraq qolla qeyd edib.
“Neftçi”nin vitse-kapitanı Mahir Şükürov isə “Rubin”lə Bakıdakı matçda barmağından aldığı zədəyə görə həm millinin, klubunun son oyunundan kənarda qalıb. Ancaq sağ cinah müdafiəçisi ilə bağlı hər şey qaydasında olduğundan, belqradlılarla matçda oynaya biləcək.

0
0