“Barselona” İspaniya çempionatının yeni rekordçusu oldu
18.11.2012 - 13:00
“Barselona” İspaniya çempionatının yeni rekordçusu oldu
“Barselona” İspaniya çempionatında yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, komandanın XII turda “Saraqosa”ya evdə 3:1 hesabı ilə qalib gəlməklə, cari mövsümdə keçirdiyi 12 oyunda 11-ci qələbəsini əldə edib. Bu isə turnirin tarixində ən yaxşı start sayılır.

Belə ki, bundan öncə ən yaxşı göstərici “Barselona”nın əzəli rəqibi Madrid “Real”ı tərəfindən müəyyənləşmişdi. Komanda 1968/69 mövsümündə 11 oyundan 10-da qalib gəlmişdi. Madridlilər bu rekordunu 1991/92 mövsümündə təkrarlaya bilib.

Qeyd edək ki, “Barselona” növbəti turda “Levante”nin qonağı olacaq.