Ağayev “Neftçi”yə qarşı niyə oynamadı?
18.11.2012 - 13:10
Ağayev “Neftçi”yə qarşı niyə oynamadı?
Topaz Premyer Liqasının XIII turunun açılış matçında “Neftçi” ilə üz-üzə gələn “Sumqayıt”ın qapısını klubda üçüncü qapıçı hesab edilən Anar Məhərrəmov qoruyub. Apasport.az saytının xəbərinə görə, buna səbəb əsas qapıçı Səlahət Ağayevin zədəli olmasıdır.

Belə ki, Ağayev noyabrın 14-də Belfastda millimizin Şimali İrlandiya ilə qarşılaşmasında zədələnib. Oyundan sonra barmağının sındığını hiss edən gənc qapıçının əlinə dərhal gips qoyulub. Buna görə də futbolçu “Neftçi” ilə dueli buraxmalı olub. Onun ən azı iki həftədən sonra sıraya dönəcəyi bildirilir.

Komandada ikinci qapıçı hesab edilən Elçin Sadıqov isə müqavilə ilə “Neftçi”yə məxsus olduğundan, meydana çıxmasına icazə verilməyib.