Azərbaycan yığmasının rəqibləri bəlli oldu – YENİLƏNİB
20.11.2012 - 13:39
Azərbaycan yığmasının rəqibləri bəlli oldu – YENİLƏNİB
Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014 mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkün nəticələrinə əsasən Azərbaycan milli komandası A qrupunda yer alıb. Yığmamız Avstriya, Xorvatiya və İsraillə mübarizə aparacaq. Bu mərhələnin oyunları gələn il sentyabrın 21-26-da keçiriləcək.

Qeyd edək ki, növbəti mərhələyə 11 qrup qalibi və 2-ci yer sahibləri arasında ən yaxşı nəticəyə malik 10 komanda yüksələcək.