Rizvan Umarov ehtiyatda qaldı
20.11.2012 - 12:48
Rizvan Umarov ehtiyatda qaldı
Ardıcıl son 2 oyunda meydana sonradan çıxan Rizvan Umarov üçün son tur uğursuz alınıb. Apasport.az saytının xəbərinə görə, milli komandamızla Şimali İrlandiyaya viza səbəbindən yollana bilməyən futbolçu İspaniya Tersera divizionunun son turunda ehtiyatda qalıb. Onun şərəfini qoruduğu “Elçe”nin ikinci komandası isə evdə “Burriana”nın müqavimətini qıra bilməyib – 0:0.

Qeyd edək ki, bu nəticə ilə “Elçe” 11-ci pilləyə düşüb. Elçe təmsilçisi 19 xala malikdir.