“Neftçi” - “Partizan” matçına 4150 bilet satılıb
20.11.2012 - 13:17
“Neftçi” - “Partizan” matçına 4150 bilet satılıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçı üçün bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, artıq biletlərin 4150 ədədi satılıb.

Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və “Park Bulvar” ticarət mərkəzindən ala bilər.