Elhad Nəziri: Moldovada qazancım məni qane edir
20.11.2012 - 14:11
“Sevinirəm ki, yığmanın forması altında ilk oyunuma çıxdım və komandamız səfərdən xalla döndü. Bu, yaddan çıxmaz”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Elhad Nəziri deyib.
O, millimizdə debütünü 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfərdə 1:1 hesabı ilə nəticələn oyunda edib.
Sonradan meydana çıxan Nəziri qapımıza vurulan qolda cərimə zərbəsinə səbəbkar olan futbolçu kimi hələ də heyfsilənir: “Ən çox peşman olan futbolçulardan biri mənəm ki, son matçımızda heç-heçə etdik. İstəməzdim ki, son saniyələrdə qayda pozuntusu edim, onlar qol vursun. Bu hardasa 60-cı dəqiqələrdə olsaydı, adam bu qədər üzülməzdi. Digər yandan qazanılan xala görə sevinirəm. Yəni ili məğlub qapamadıq”.
Cari mövsümdən “Milsami”nin formasını geyən Elhad Moldova çempionatında mükafatlar uğrunda 5-6 komandanın mübarizə apardığını bildirib. O, Premyer Liqamızın üstün cəhətini göstərib: “Maddi imkanlara görə Azərbaycan çempionatı daha üstündür. Çalışacağam ki, növbəti mövsümü daha güclü çempionatlarda keçirim. Hələ geri dönmək haqda düşünmürəm. Avropada bir çempionatdan başqasına keçmək üçün ən azı 1 mövsümü oynamalısan. Çünki səni menecerlər daim izləyirlər və maraqlanırlar ki, görək öz klubunda daimi oynayırmı? Mən də gəldiyim gündən əsas heyətdə meydana çıxıram. Hələ qarşıda 2-ci dövrə var və əsas heyətdəki yerimi itirmək istəmirəm. Gedəcəyim komandaya oynamaq üçün üz tutacam, ehtiyatda oturmaq üçün yox”.
Xaricdə yüksək liqada çıxış etmək fikrində olan 20 yaşlı müdafiəçinin sözlərinə görə, orda olan menecerlər Ukrayna və Rumıniya klublarının onunla maraqlandığını deyib: “Bunlar güclülər dəstəsi təmsilçiləridir. Başqa ölkənin aşağı divizionuna yollanmaq haqda düşünmürəm. Gedəcəyim komanda hazırkı klubumdan ən azı 2 dəfə güclü olmalıdır. Azərbaycan çempionatı nə vaxt məni qane edərsə, səviyyə artarsa, o zaman vətənə dönə bilərəm. Hələ pul haqda düşünmürəm. Hal-hazırda yerli klublardan təklif almışam. Ancaq Moldovada qazandığım məni qane edir. 20 yaşım var. Vaxtı çatanda pul özü gələcək”.

0
0