“Rəvan”la oyuna 3 xal qazanmaq hədəfi ilə yollanacağıq”
20.11.2012 - 14:43
“Paytaxta 3 xal qazanmaq hədəfi ilə yollanacağıq. Güclü bir rəqibə qarşı səfər oyunumuz olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
O Topaz Premyer Liqasının XIV turu çərçivəsində noyabrın 25-də keçiriləcək “Rəvan”la görüş öncəsi fikirlərini açıqlayıb. Məmmədov gabalafc.az-a bildirib ki, səfərdə baş tutacaq matçdan sərfəli nəticə ilə dönəcəklərinə inanır: “Kamal Alispahiç güclü komanda yaratmağı bacarıb. Maraqlı qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşıb paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram”.

0
0