Əvvəl Hacıyev, sonra Vermezoviç
20.11.2012 - 15:23
Avroliqanın qrup mərhələsinin V turunda “Neftçi” – “Partizan” oyunu öncəsi mətbuat konfranslarının və açıq məşqlərin vaxtları müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu dəfə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev ilk olaraq jurnalistlər qarşısına çıxacaq.
Belə ki, Hacıyevin matç keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda noyabrın 21-də saat 18:30-da mətbuat konfransı olacaq. Bundan yarım saat açıq məşq başlayacaq.
“Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçin mətbuat konfransı isə saat 20:00-da keçiriləcək. Bundan 30 dəqiqə sonra açıq məşq başlayacaq. “Neftçi” kimi, serblərin də məşqinin ilk 15 dəqiqəsi açıq olacaq.
Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu noyabrın 22-də saat 21:00-da başlayacaq.
Mənbə: neftchipfk.com

0
0