Ronaldonun “Real”dan getmək istəyinin əsl səbəbi
20.11.2012 - 15:59
Ronaldonun “Real”dan getmək istəyinin əsl səbəbi
Kriştianu Ronaldonun Madrid “Real”ından getmək istəyinin əsl səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, məsələnin idman yox, maddi tərəfi ilə bağlıdır. Belə ki, Ronaldo illik məvacibinin 15,5 milyon avro olmağını istəyir. Ancaq bu, heç cür “Real”ın rəhbərliyinin planlarına daxil edilmədiyindən, 27 yaşlı hücumçunun tələbləri yerinə yetirilməyəcək. Ronaldo isə bu vəziyyətdə müqaviləsini uzatmaq istəmir.

Qeyd edək ki, Madriddə xoşbəxt olmadığını deyən Kriştianu hətta klubun prezidenti Florentino Peresdən onu buraxmağı xahiş edib.