Milli komandalarımız Polşada və Avstriyada oynayacaq
20.11.2012 - 16:17
Azərbaycanın 17 (U-17) və 19 yaşadək (U-19) yığma komandalarının Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, VIII qrupa düşən Azərbaycanın U-17-si 2013-cü ilin avqustun 2-dən 7-dək Polşada çıxış edəcək. Onun rəqibləri meydan sahibləri ilə yanaşı, Avstriya və Qazaxıstan yığmalarıdır.
I qrupda yer alan Azərbaycanın U-19-u isə 2013-cü ilin sentyabrın 21-dən 26-dək Avstriyada keçiriləcək seçmə mərhələ oyunlarının iştirakçısı olacaq. Orada İsrail və Xorvatiya yığmaları da çıxış edəcək.
Qeyd edək ki, hər 2 yığmamız rəqiblərini bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada öyrənib.
Mənbə: affa.az

0
0