“FİFA World” jurnalı Azərbaycandan yazdı - FOTOSESSİYA
20.11.2012 - 17:08
“FİFA World” jurnalı Azərbaycanda 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında keçirilmiş dünya çempionatından yazıb. Apasport.az saytının məlumatına görə, jurnalda sentyabrın 22-dən oktyabrın 13-dək Bakıda və Lənkəranda keçirilmiş turnirdən geniş bəhs olunub.
Fransa yığmasının finalda oyun sonrası penaltilərdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qalib gəldiyi dünya çempionatında koreyalıların hegemonluğuna son qoymağı ilə turniri qazanan ilk Avropa təmsilçisi olmağı tarixə düşməyi ön plana çəkilib.
Fransa yığmasının baş məşqçisi Gay Ferrier oyundan sonra həyəcanını gizlədə bilməyərək, belə söyləyib: "Futbol Allahları bu gün bizim tərəfimizdə idi. Rəqib komanda bir dəfə qol vurmasına və çoxlu sayda təhlükəli anlar yaratmasına baxmayaraq, bizim qızlarımız bir anlıq da olsa həyəcan və ya ruh düşgünlüyünə qapılmadılar. Deyərdim ki, bu qələbə uğurdan daha çox onların müstəsna əqli və fiziki zəhmətlərinin məhsulu oldu".
Fransa millisinin kapitanı Sandi Toletti Bakıda qazandıqları FİFA kubokunu əlində şərəflə tutub: "Bu çox inanılmaz bir andır, biz bu məqama öz nailiyyətlərimiz hesabına gəlib çıxdıq".
Qeyd olunub ki, Azərbaycandakı dünya çempionatı qadın futbolunda xüsusi bir iz buraxmamış Şərqi Avropa və Mərkəzi Asiya regionu üçün müəyyən mənada dönüş nöqtəsi oldu: “Bu regiondan yeganə olaraq Rusiyanı qeyd etmək olar ki, 2004 və 2006-cı illərdə FIFA U-20 qadınlararsı dünya çempionatı və 1999 və 2003-cü illərdə FIFA qadınlararsı dünya çempionatlarını keçirmək üçün təsnif olunub. Bu səbəbdən də FIFA məhz sentyabrda Azərbaycanda U-17 qadınlararası dünya çempionatı keçirilən ərəfədə rusdilli ölkələrdə qadın futbolunun standartlarının yaxşılaşdırılması məqsədilə qadın futbol məşqçiləri üçün 11 günlük təlim kursları təşkil etdi. 20-si kişi, 11-i qadın olmaqla 14 milləti təmsil edən 31 iştirakçı UEFA "B" kateqoriyasına və yaxud da AFC "C" kateqoriyasına malik olaraq öz ölkələrində gənc komandaların məşqçilik fəaliyyəti ilə məşğul olurlar”.
11 gün ərzində FİFA təlimçiləri Beatris von Syebental, Anna Siqneul və Nilufər Xocayeva tərəfindən intensiv kurs keçən iştirakçılar məşqçinin başlıca rolu, istedadların üzə çıxarılması, hücumameyilli oyun, taktiki iş, qapıçıların hazırlanması və s. sahələrdə nəzəri və təcrübi biliklərə diqqət yetirmişlər. Təlimlərdə öyrəndiklərini təcrübədən keçirmək və öz ölkələrinə qayıtdıqdan sonra məşqçilik etdikləri komandalarda asanlıqla tətbiq edə bilmək üçün təlim iştirakçıları FİFA U-17 dünya çempionatının ilk 10 oyununa qatılmış və yarışan komandaların oyun tərzlərini analiz etmişlər.
Belaruslu məşqçi Bulyana hər şeyin mükəmməl olduğunu bildirib: “Təlimçilər yüksək ixtisaslı idilər və bu müddət ərzində bizə faydalı məsləhətlər verirdilər. Biz ümid edirik ki, bizim regionda futbolu ən yaxşı şəkildə inkişaf etdirmək üçün bu tipli təlimlər tez-tez təşkil olunacaq".

0
0