Vurğun Hüseynovdan son xəbər
20.11.2012 - 17:17
“Müalicəm çox yaxşı gedir və tamamlanmaq üzrədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov deyib.
Almaniyada müalicəsini davam etdirən 24 yaşlı müdafiəçi durumu ilə bağlı klubun rəsmi saytına danışıb.
Müalicə prosesinin istənilən kimi getdiyini bildirən Hüseynov yaxın vaxtlarda zədəsini tam bərpa edərək, vətənə dönəcəyini söyləyib: “Müalicə ilə yanaşı, gündəlik fiziki məşqlər də keçirəm. Həkimlərin rəyinə görə, yaxın günlərdə tam fiziki hazır olacam. Futbol və komandamız üçün darıxmışam. Tezliklə Qəbələyə qayıdıb məşqlərdə iştirak etmək və komandamıza yardımçı olmaq istəyirəm”.
Qeyd edək ki, çempionatın əvvəlində zədələnən Vurğun artıq 9 turdur “Qəbələ”yə kömək edə bilmir. Müdafiəçi 1-ci dəfə sentyabrda Almaniyada müayinədən keçmişdi.
Həmin vaxt vətənə qayıtdıqdan sonra xüsusi proqram əsasında çalışan Hüseynov oktyabrın sonlarında bərpa-müalicəvi prosesin axırıncı mərhələsini keçmək üçün Almaniyaya üz tutub. O, təcrübəli həkimlərin və məşqçilərin nəzarəti altında hər gün 90 dəqiqə məşq edir.
Məşqin 90 dəqiqə təyin olunması xüsusi əhəmiyyət daşıyır ki, bu da oyun müddətinin məhz bu qədər olması ilə bağlıdır.

0
0