“Qəbələ”də yubileylər
20.11.2012 - 17:34
“Qəbələ” Topaz Premyer Liqasının XII turunda “Kəpəz”2:0 hesabı ilə məğlub etməklə, ardıcıl 3-cü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, bununla da Ramiz Məmmədovun yetirmələri mövsümdə ən uğurlu seriyalarına imza atıb. Komandanın sonuncu dəfə belə uğurlu seriyasına ötən mövsüm təsadüf olunub. Belə ki, 2011/12 mövsümündə təsnifat mərhələsinin 19-21-ci turlarında “Qəbələ” ardıcıl 3 qələbə qazanmışdı. Bu dəfəki seriyanın daha bir özəlliyi hər 3 matçda komandanın 3 xalı 2 qolla qazanmasıdır.
Gəncəlilərlə oyundakı qələbə Premyer Liqada yubiley – 70-ci uğur olub. “Qəbələ” 2006/07 mövsümündə 4, 2007/08-də 11, 2008/09-da 9, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 13, 2011/12-də 15, cari mövsümdə 5 qələbə qazanmaqla, sayını 70-ə çatdırıb. Komanda bunları 185 matçda əldə edib.
“Kəpəz”lə matçdakı qələbə həm də Məmmədovun rəhbərliyi altında 30-cu ev qələbəsi olub. Bu 63-cü oyunda gerçəkləşib. Onun rəhbərliyi altında Premyer Liqada 25-ci ev qələbəsi isə 54-cü matçda qazanılıb.
Premyer Liqada “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçuların ilk “onluğ”unda dəyişiklik olub. Belə ki, Azər Həşimov siyahını tərk edib: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hər ikisi 60, Yaşar Abuzərov, Milan Antiç, Bruno da Silva, Nodar Məmmədov – hamısı 54.
“Kəpəz”lə oyunda hesabı açan Viktor Mendi Premyer Liqada 10-cu qolunu vurub. Bununla da o, komandanın çempionatdakı oyunlarında ən azı 10 qol vuran 6-cı futbolçu olub: Deon Barton – 15, Kənan Kərimov, Luiz Paulo Hilario, Vitali Balamestnı – hamısı 11, Viktor Mendi, Yannik Kamanan – hər ikisi 10. “Qəbələ”də 11-ci qolunu vuran Mendi klub tarixində ən məhsuldar futbolçular siyahısında irəliləyərək Rəşad Yusubova çatıb: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, Luiz Paulo Hilario, İbrahim Hüseynov, Vitali Balamestnı – hamısı 12, Viktor Mendi, Rəşad Yusubov – hər ikisi 11, Samir Zərgərov, Yannik Kamanan – hər ikisi 10.
Bruno da Silva “Qəbələ”də 60-cı oyununu keçirib. Bu matçların 54-ü çempionat, 6-sı kuboka təsadüf edib. Ürfan Abbasov isə “Qəbələ”də 25-ci oyununu keçirib. Bu matçların 23-ü çempionat, 2-si kubokda baş tutub.
Klub tarixində ən çox oyun keçirən 10 futbolçunun siyahısından 2 futbolçu kənar düşüb. Bunlar Milan Antiç və Turnike Aptsiauridir: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Azər Həşimov – 95, Lyubo Baranin – 90, Samir Zərgərov – 84, Əli İsmayılov – 82, Qoqa Beraya – 68, Vurğun Hüseynov – 67, Bruno da Silva – 60, Yaşar Abuzərov – 59.
“Kəpəz”lə oyunda hakim qonaqların qapısına penalti təyin edib. Bu, Premyer Liqada “Qəbələ”nin lehinə verilən 24-cü 11 metrlik zərbə qərarı olub. Rəşad Abdullayev bu imkandan dəqiq istifadə edib. İlk dəfə penalti zərbəsini yerinə yetirən kapitan 13-cü futbolçu olub ki, 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Ümumilikdə isə 25 penaltidən 18-i qolla nəticələnib: Kənan Kərimov – 6 penalti (5-i dəqiq), Deon Barton – 4 (4), Samir Zərgərov – 3 (2), Tomaş Stolpa, Vüsal Qarayev, Anatoli Ostap, Asen Nikolov, Viktor Komlyonok, Serje Cehua, Rəşad Abdullayev – hamısı 1 (1), Vitali Balamestnı, İbrahim Hüseynov, Bruno da Silva - hər ikisi 1 (0), Yannik Kamanan – 2 (0).
Mənbə: gabalafc.az

0
0