“Bu çempionata da, onun hakiminə də...”
20.11.2012 - 18:20
Hazırda ölkə çempionatının idarəçiliyi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Bəziləri ötən mövsümlə müqayisədə səhvlərin azaldığını söyləyirsə, digərləri bunun əksinə düşür.
Əksini düşünənlər bu məsələdə yaxşılığa doğru irəliləyişlərin olmadığını deyir. Bəs görəsən, sayt oxucuları bu barədə hansı fikirdədirlər?
Bu gün apasport.az saytının “facebook” sosial şəbəkəsində belə bir sorğu ilə oxuculara müraciət etdik: “Topaz Premyer Liqasının arxada qalan 13 turunda hakim idarəçiliyi qənaətbəxş sayıla bilərmi?”
Cavablar özünü çox gözlətmədi. Həmin cavablarla tanış olun:
Fuad Bayramov: “Yox, bir qram bacarmırlar hakimliyi. Bir dənə Vüsal Əliyev normal oyun idarə edə bilir”.
Səbuhi Musayev: “Elçin Məmmədov “Rəvan” - AZAL oyununda yenə öz ampluasında idi. Bəzi foullara göz yumurdu. “Simurq”un xeyrinə verilən penalti də göz qabağındadır”.
Fuad Bayramov: “Elçin Məmmədov getsin futzala, onun futboldan başı çıxmır, bacarıqsızdır”.
Qərib Sahil: “Neftçi” - “Sumqayıt” oyununda bərbad hakim və köməkçi hakim səhvləri, real oyundan kənar olmayan vəziyyət… Dəfələrlə bu oyuna baxmışam, elə bil hakimlərin gözündə qara eynək var idi. Nə qədər bizdə belə hakimlik olacaq, futbolun inkişafından danışmağın yeri yoxdur”.
Səbuhi Məmmədli: “Keçən mövsümlərə nisbətən hakimlikdə qismən də olsa irəliləyiş var. Məsələn, daha qapının yanından keçən topları qol saymırlar. Amma keçən tur “Qarabağ” - “Simurq” matçında adi oyun epizodunda elə deyildiyi kimi, 11 metrə verilməsi kimi xətalar hələ də durur. Amma bu mövsüm gənclərə daha çox oyunlar etibar edilməsi - daha dəqiqi, yeni gənc hakimlərin peyda olması - təqdirəlayiqdir”.
Firudin: “Bəzən normal idarəçilik olur... Əslində, bizdə başdan hansı sifariş gəlir, onu da yerinə yetirirlər. Yəni, başda dəyişiklik olmasa xeyri yoxdur. Yoxsa bundan da pis vəziyyət yaranacaq”.
Hüseyn Cəbrayıloğlu: “Əgər Elçin Məmmədovun idarə etdiyi matçda sakitlik olubsa, demək bütün turu qənaətbəxş saymaq olar. Əsas odur ki, Xaqani Məmmədov anladı ki, gənc hakimlərə Premyer Liqa oyunlarına dəstə halında təyinat verəndə nələr baş verir. Odur ki, hər tur bir və ya iki gənc hakimin təyinatı normal sayılmalıdır”.
Nurlan Xəzər Mancukiç: “Bütün hakimlər “Xəzər Lənkəran”a qarşı qərəzlidir. Bu çempionata da, onun hakiminə də adamın ürəyi bulanır”.

0
0