“Bakı” – “Neftçi” görüşünün vaxtı bilindi
20.11.2012 - 18:39
“Bakı” – “Neftçi” görüşünün vaxtı bilindi
Topaz Premyer Liqasında XIV turun oyunlarının başlama saatı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, tura noyabrın 24-də start veriləcək və 2 gün davam edəcək. Hər gündə isə 3 qarşılaşma oynanılacaq.

Turun prinsipial - “Bakı” – “Neftçi” matçı bazar gününə təsadüf edəcək.

24 noyabr (şənbə)
14:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Gəncə şəhər stadionu

14:00. “Qarabağ” – “Turan”
Tofiq Bəhramov adına Respublika stadionu

15:00. “Simurq” – “İnter”
Zaqatala şəhər stadionu

25 noyabr (bazar)
14:20. “Bakı” – “Neftçi”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00. AZAL – “Sumqayıt”
AZAL Arena

18:00. “Rəvan” – “Qəbələ”
Bayıl Arena stadionu