Şevçenkoya bax, “Professor”!
21.11.2012 - 00:06
Andrey Şevçenko xüsusi təqdimata ehtiyacı olmayan birisidi. Ölkəsinin dünya səviyyəsində tanınmış simalarından olan ukraynalı parlaq bir futbolçu karyerasına sahibdi. Yoluna Kiyev "Dinamo"sundan başladı, "Milan"dakı çıxışı ilə İtaliyada əfsanə oldu, "Çelsi"də top qovdu və sonda butslarını "yuva"da mismardan asdı.
O, bu müddət ərzində Valeri Lobanovski, Karlo Ançelotti, Fatih Terim, Joze Mourinyo kimi usta məşqçilərin rəhbərliyi altında oynadı, püxtələşdi, futbol bilgisini artırdı. İştirak etdiyi turnirlər, qazandığı titullar isə göz oxşayır.
Şevçenko üst səviyyədə təcrübəyə malik birisidi - buna kimsənin şübhəsi yoxdu. Amma buna rəğmən, o, bugünlərdə "İnter"i çalışdırdığı dönəmdən tanıdığımız, hazırda Ukrayna Futbol Federasiyasının prezidenti olan Anatoli Konkovun təklifini qəbul etmədi. Futbolçu karyerasına ötən mövsüm başa çatdıqdan sonra nöqtə qoyan məşhur hücumçu ölkəsinin milli komandasını çalışdırmaqdan boyun qaçırdı. Qərarını da belə əsaslandırdı ki, bu, onun üçün tələsik addım olardı.
Bax, budu peşəkarlıq. Şevçenko bu təfəkkür sahibi olduğu üçün Şevçenko olub, dünya futboluna damğa vurub.
Belə şeyləri görəndə adam bizdə niyə Şevçenko səviyyəli futbolçular yetişmədiyini bir daha anlayır. Hər şey istedadla, fiziki bacarıqla deyil, təfəkkür də olduqca önəmli. Son illər aramızdan çıxan ən dəyərli futbolçu kimdi deyə düşünürəm, ağlıma ilk gələn Mahmud Qurbanov olur. Adam "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Kəpəz", "Şəmkir" kimi klubların formasını geyinib, onqat ölkə çempionudu. Amma o, bizim çapımız üçün ulduzdu, qürbətdə isə sıradan biridi. Halbuki, "Professor" xüsusi istedada malik biri idi. Amma təfəkkür problemi, dünyagörüşünün zəif olması onun uzaqlara getməsinə, dünya səviyyəsində tanınmasına əngəl oldu (Sport Ekspress).
Mahmud bu gün də həmin çatışmazlığın əziyyətini çəkir. Şevçenko kimi böyük təcrübəyə malik birisi karyerasını bitirdiyi ildə yığmanı çalışdırmaqdan imtina etdiyi halda, Mahmud tələsik "Kəpəz"in "sükanı arxasına" keçdi. Özü də problemli bir "Kəpəz"in.
Qurbanov bu işə qol qoyanda yazmışdıq ki, məşqçiliyə yeni başlayan biri üçün tələsik addımdı. Mahmud səbrli olub, bir müddət daha öncə anlaşdığı "Tərəqqi"ni çalışdırmaq əvəzinə, özünü alovun içinə atdı və "yanması" qaçılmazdı. "Kəpəz" onun gəlişindən sonra 10 oyuna çıxıb, onlardan 5-də uduzub. Üstəlik, Gəncə təmsilçisinin son 3 ev oyununda qolsuz bərabərə qalması komandanın durumunun ağır olmasından xəbər verir.
"Qarabağ"dan 6, "Neftçi"dən 8 qol "yeyən" "Sumqayıt" belə özündə güc tapıb evdə iddiaları məğlub edir və ya heç-heçə oynayır. Amma "Kəpəz" azarkeş dəstəyindən də yararlana bilmir. Komanda sanki bütün oyunlara ancaq uduzmamaq amalı ilə çıxır. Bu isə nicat yolu deyil. Sonuncu pillədə qərarlaşan Qərb klubunun qələbələrə, xala ehtiyacı var. Amma qalib ruhunu itirən bir komandanın elitada mövqeyini qoruması çətin olacaq.
Əminəm ki, artıq "Professor" "Kəpəz"i çalışdırmağın səhv addım olduğunu anlayıb. Lakin artıq iş-işdən keçib. "Kəpəz" I diviziona düşsə, ki, böyük ehtimalla düşəcək, onda bu, Qurbanovun ayağına yazılacaq... Nə etmək olar, bunun özü də bir təcrübədi. “Professor"un və digərlərinin dərs çıxarmalı olduğu bir təcrübə.

0
0