“Anelkanın asılmasını istəyirdim”
21.11.2012 - 00:11
Fransa yığması DÇ-2010-da böyük uğursuzluq yaşayıbsa, bunun əsas səbəbkarı Nikola Anelkadı. Apasport.az saytı xəbər verir ki, həmin vaxt millini çalışdıran Raymon Domenek bu fikirdədir. Onun sözlərinə görə, Anelkanın onu təhqir etməsindən sonra komandada ikitirəlik yaranıb.
Mütəxəssis bu barədə təzəcə işıq üzü görən "Tout Seulda" adlı kitabında söhbət açıb. Meksika ilə oyunda əvəz edilməsinə etiraz edən Nikola dərhal heyətdən çıxarılmışdı: "Məni təhqir etməsindən çox "sən" deyə xitab etməsinə çaşıb qalmışdım. Bu sözlər oyunçularımla aramdakı pərdəni götürdü. Əgər həmin an məndən soruşsaydınız, heç düşünmədən Anelkanın asılmasını istəyərdim".
Domenek öz kitabında bu hadisələrə geniş verib. O, dövrünün uğursuzluğunda təkcə Anelkanı yox, Frank Riberini də günahlandırır: "Qurkyuffa "sən komandanın açar oyunçususan" dedim. Həmin vaxt Riberi də orada idi. Onun gözlərindən nifrət və qısqanclıq dolu alov çıxdığını gördüm. Bunu asanlıqla başa düşmək olurdu. Qurkyuffdan xoşu gəlmirdi. Onsuz da mundialdan əvvəl Avro-2008-dəki heyətdə iştirak edən bir oyunçum mənə Riberi barəsində xəbərdarlıq etmişdi".
Domenekin Samir Nəsri haqqında işlətdiyi sözlərə də baxaq: "Nəsri əsl qaba futbolçudu. Heç nəyi düşünmədən danışan biridi. Davranışlarına diqqət yetirməlidi".
Əslində, buradan da görünür ki, Domenekin Fransa yığmasındakı müsəlman oyunçulara qarşı xüsusi antipatiyası var imiş. Çünki uğursuzluqda günahkar göstərilən hər 3 futbolçu İslam dininə sitayiş edənlərdi. Hansı ki, onlar bu gün dünyanın ən yaxşı klublarında çıxış edən oyunçular olublar və indi də etməkdədilər. Hətta Riberi və Nəsri hazırda da Fransa millisinin as oyunçularından hesab olunur.
Qeyd edək ki, 2010-cu ildə yığmadan qovulan Domenek ovaxtdan bəri işsizdi.

0
0