İlin ən yaxşı qapıçısı kimdir?
21.11.2012 - 00:30
FİFA Beynəlxalq Peşəkar Futbolçular Federasiyası Assosiasiyası (FİFPro) ilə birgə 2012-ci ildə dünyanın ən yaxşı qapıçısına namizədlərin adlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, ilin yekununa əsasən rəmzi yığmada yer alacaq qapıçı Canluicci Buffon (Yuventus), İker Kasilyas (Real), Co Hart (Mançester Siti), Petr Çex (Çelsi) və Manuel Noyerdən (Bavariya) biri olacaq.
Noyabrın 29-da rəmzi yığmaya namizəd olan sahə oyunçularının adları bilinəcək. Nəticələr 2013-cü il yanvarın 7-də Sürixdə dünyanın ən yaxşı futbolçusuna "Qızıl top"un təqdimat mərasimində açıqlanacaq.
Qeyd edək ki, son 4 ildə ən yaxşı qapıçı sayılan İker bu il də kapitanı olduğu İspaniya yığması ilə titul - Avropa çempionluğu qazandığından daha şanslıdır.

0
0