Messinin Foqtsun komanda yoldaşına 5 addımı qaldı
21.11.2012 - 09:31
Çempionlar Liqasının qrup mərhələsinin V turunda Moskva “Spartak”ı ilə səfər oyunun “Barselona”nın argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçusu 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edib və onun 2-ci qolu yubiley olub. Belə ki, Messi bu il 80-ci qoluna imza atıb.
Qeyd edək ki, dünya futbol tarixində 1 ildə ən çox qol vuran məşhur almaniyalı hücumçu Herd Müller olub. O, millimizin hazırkı baş məşqçisi Berti Foqtsla birgə Almaniya yığmasının heyətində Avropa çempionu olduğu 1972-ci ildə 60 oyunda 85 qol vurub. Göründüyü kimi, məhsuldarlığı ilə seçilən Lionelin ilin sonuna kimi almaniyalı keçməyi, ən azı 5 qol vurub ona çatmağı real görünür.

0
0