Kassano “Neftçi” ilə oyuna qədər cəzalı olacaq
21.11.2012 - 10:28
İtaliyanın “İnter” klubunun futbolçusu Antonio Kassano Avropa Liqasının qrup mərhələsinin son turunda “Neftçi” ilə ev matçına qədər oyun praktikası sarıdan korluq çəkəcək. Apasport.az saytının məlumatına görə, hücumçu İtaliya Futbol Assosiasiyası tərəfindən çempionatda 2 oyunluq cəzalandırılıb.
Buna səbəb Kassanonun son turda “Kalyari” ilə 2:2 hesabı ilə nəticələnən matçda komanda yoldaşlarından birinin cərimə meydanında yıxılmağına görə hakimdən penaltini sərt tələb etməyidir. Bu epizod oyunun protokolunda əks olunub və futbolçu haqda ölçü götürülüb. “İnter” dekabrın 6-da “Neftçi” ilə oyuna qədər çempionatda 2 turda meydana çıxacaq.
Qeyd edək ki, Kassano oktyabrın 4-də “Neftçi”yə Bakıya 3:1 hesabı ilə qalib gəldikləri oyuna gətirilməmişdi.

0
0