Lomaya niyə Gürcüstana gedib?
21.11.2012 - 10:37
Lomaya niyə Gürcüstana gedib?
Noyabrın 18-də “Turan”la oyundan sonra bir günlük istirahətə çəkilən “İnter” dünəndən “Simurq”la görüşün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda bir araya gələn komanda bərpa məşqinə çıxıb.

Ancaq hazırlıqlarda “İnter”in əsas qapıçısı Georgi Lomaya iştirak etmir. Gürcü futbolçu qayınatasının vəfat etməsilə əlaqədar hazırda Gürcüstandadır və onun "Simurq"la oyunda meydançaya çıxıb-çıxmayacağı sual altındadır. Bundan başqa, Tales Şuts da zədəli olduğundan komandayla birlikdə məşq etmir.

Qeyd edək ki, Vladimir Levin və Bryus Abdulaye də “Simurq”la oyunda “bankirlər”ə kömək edə bilməyəcək. Hər iki oyunçu sarı vərəqə limitini doldurduğundan səfər oyununu buraxmalı olacaq.