“Qrupda 3-cü olmaqla, sonuncu olmaq arasında fərq yoxdur”
21.11.2012 - 11:25
“Qrupda 3-cü olmaqla, sonuncu olmaq arasında fərq yoxdur”
“Nə “Neftçi”nin, nə də bizim qrupdan çıxmaq şansımız var. Qrupda 3-cü yeri tutmaqla, sonuncu olmaq arasında o qədər də fərq yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Partizan” klubunun futbolçusu Miloş Yojiç deyib.

Gənc yarımmüdafiəçi “Neftçi” ilə sabahkı oyun haqda fikirlərini açıqlayıb: “Fikrimcə, Bakıdakı matçda ilk qolun əhəmiyyəti böyük olacaq. Lakin bu, o demək deyil ki, hesabı açan hökmən qalib gələcək. “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin iddialı açıqlamalar verdiyini bilirik. O, özünə də, komandasına da inanır. Lakin biz də əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq. Belqraddakı kimi futbolçular arasında qalmaqalın yaşanacağına inanmıram”.