1/8 finala daha 6 iddiaçı
21.11.2012 - 11:31
Bu gün Çempionlar Liqasında (ÇL) V tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, daha 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirmək imkanına malikdir.
Artıq bu vəzifəni yerinə yetirən “Portu”ya PSJ yol yoldaşı olmalıdır. Bunun üçün fransızlara ən yaxın izləyicisi olan Kiyev “Dinamo”su ilə ev oyununda 1 xal da yetərlidir.
B qrupunda ilk 2 yerdə gedən “Şalke” ilə “Arsenal” ev matçlarında qalib gələcəkləri halda, sona 1 tur qalmış vəsiqəni rəsmiləşdirəcək. Kimin qrup qalibi olmağına son turda öz aralarında Almaniyada keçiriləcək oyunda aydınlıq gələcək.
C qrupunun lideri “Malaqa” da artıq növbəti mərhələyə çıxıb. 2-ci vəsiqəyə qalan 3 komandanın hamısı şansı var. Ancaq təbii ki, 2-ci yerdə gedən “Milan” daha çox şanslıdır. İtalyanlar “Anderlext”lə səfər oyununda qalib gələcəyi və “Zenit”in evdə “Malaqa” ilə matçda xal itirəcəyi halda növbəti mərhələyə yüksələcək.
D qrupunda gözlənilmədən son pillədə gedən “Mançester Siti” üçün bu, son şansdır. Komanda bunun üçün evdə mütləq “Real”a qalib gəlməlidir. Madridlilər isə “Ayaks” xal itirəcəyi halda, heç-heçə ilə də növbəti mərhələyə çıxa biləcək. Dortmundlular bərabərlik sayəsində istənilən halda, 1/8 finala yüksələcək.
21 noyabr
A qrupu
“Portu” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Dinamo” (Kiyev, Ukrayna) – PSJ (Fransa)
B qrupu
“Arsenal” (İngiltərə) – “Monpelye” (Fransa)
“Şalke” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)
C qrupu
“Zenit” (Rusiya) – “Malaqa” (İspaniya)
“Anderlext” (Belçika) – “Milan” (İtaliya)
D qrupu
“Ayaks” (Hollandiya) – “Borussiya” (Almaniya)
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Qeyd edək ki, Rusiyadakı oyun saat 21:00-da, digərləri saat 23:45-də başlayacaq.

1 | Porto | 4 | 3 | 1 | 0 | 6-2 | 10 |
2 | PSJ | 4 | 3 | 0 | 1 | 10-2 | 9 |
3 | Dinamo (K) | 4 | 1 | 1 | 2 | 5-7 | 4 |
4 | Dinamo (Z) | 4 | 0 | 0 | 4 | 0-10 | 0 |
B qrupu
“Arsenal” (İngiltərə) – “Monpelye” (Fransa)
“Şalke” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)
1 | Şalke | 4 | 2 | 2 | 0 | 8-5 | 8 |
2 | Arsenal | 4 | 2 | 1 | 1 | 7-6 | 7 |
3 | Olimpiakos | 4 | 2 | 0 | 2 | 7-7 | 6 |
4 | Monpelye | 4 | 0 | 1 | 3 | 5-9 | 1 |
C qrupu
“Zenit” (Rusiya) – “Malaqa” (İspaniya)
“Anderlext” (Belçika) – “Milan” (İtaliya)
1 | Malaqa | 4 | 3 | 1 | 0 | 8-1 | 10 |
2 | Milan | 4 | 1 | 2 | 1 | 4-4 | 5 |
3 | Anderlext | 4 | 1 | 1 | 2 | 1-4 | 4 |
4 | Zenit | 4 | 1 | 0 | 3 | 3-7 | 3 |
D qrupu
“Ayaks” (Hollandiya) – “Borussiya” (Almaniya)
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
1 | Borussiya D | 4 | 2 | 2 | 0 | 6-4 | 8 |
2 | Real (M) | 4 | 2 | 1 | 1 | 10-7 | 7 |
3 | Ayaks | 4 | 1 | 1 | 2 | 6-8 | 4 |
4 | Mançester S | 4 | 0 | 2 | 2 | 6-9 | 2 |

0
0