“Xəzər Lənkəran”da oynadığım dövr faydalı təcrübə idi”
21.11.2012 - 11:53
“Xəzər Lənkəran”da oynadığım dövr faydalı təcrübə idi”
“Azərbaycanda qısa zaman kəsiyi keçirdim. Hardasa 6 ay olardı. Bu müddətdə ölkə kubokunu da qazandım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Milsami” klubunun futbolçusu Bruno Simao deyib.

Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin komanda yoldaşı Azərbaycanda oynadığı dövrləri xatırlayıb.

Portuqaliyalı müdafiəçi “Xəzər Lənkəran”da keçirdiyi 2010/11 mövsümünün danışıb: “Təəssüf ki, Azərbaycan karyeram tez qurtardı. Həmin vaxt biz həftənin 4 gününü Lənkəranda keçirirdik. Orada stadionumuz və idman kompleksimi var idi. Həftənin digər 3 gününü Bakıdakı evimizdə olurduq. “Xəzər Lənkəran”da çıxış etdiyim dövr fərqli mədəniyyətləri öyrənmək baxımından çox faydalı təcrübə idi”.

Qeyd edək ki, Bruno 2011-ci ilin yanvarında “Xəzər Lənkəran”a transfer olunub və yayda klubdan ayrılıb.