“Saşa Stamenkoviçin qapısına özüm qol vuracağam”
21.11.2012 - 12:59
“Qarşıda bizi hələ çox gərgin oyunlar gözləyir. Belə matçlardan biri də sabah “Neftçi”yə qarşı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Stefan Skepoviç deyib.
Belqrad təmsilçisinin hücumçusu Avropa Liqasının qrup mərhələsinin sabah “Neftçi” ilə Bakıda keçiriləcək qarşılaşması haqda danışıb: “Bu komanda Belqradda bizi 2 xaldan məhrum etdi. İndi onlar Bakıda, öz meydanlarında qələbə qazanmaq istəyir. Lakin biz də səfərə 3 dalınca gedirik. Qrupda ilk qələbəmizi qazanıb Serbiyaya 3 xalla dönmək istəyirik. Bakıdakı görüşdə yeganə hədəfimiz budur”.
Skepoviç Bakıda qol vuracağını da açıqlayıb: “Həm “Neftçi”, həm də “Rubin”lə son oyunu qələbə ilə başa vurmaq fikrindəyik. Növbəti mərhələyə vəsiqə qazanmaq şansımız qalmasa da mümkün qədər çox xal toplamaq niyyətindəyik. Eşitdim ki, “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç qol buraxmayacağını vəd edib. Elə isə mən də söz verirəm ki, onun qapısına mən özüm qol vuracağam”.

0
0