Hacıyev, İmamverdiyev və Kanales
21.11.2012 - 13:15
Hacıyev, İmamverdiyev və Kanales
Bu gün saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Partizan”la oyun haqda jurnalistlərin suallarını cavablayacaq. Apasport.az saytının məlumatına görə, KİV önünə yenə “Neftçi”dən 2 futbolçu çıxacaq. Bunlar “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev və çilili hücumçusu Nikolas Kanales olacaq.

Qeyd edək ki, “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç isə jurnalistlər önünə saat 20:00-da çıxacaq. Ancaq serbiyalı çalışdırıcının mətbuat konfransına hansı futbolçu ilə qatılacağı bilinmir.